Azərbaycan ordusunun zabiti özünü asıb

Azərbaycan ordusunun zabiti özünü öldürüb.

APA-nın məlumatına görə, hadisə bu gün səhər saat 6 radələrində Şəki şəhərində qeydə alınıb.

Naftalan şəhərindəki “N” saylı hərbi hissənin taqım komandiri, baş leytenant Anar Məhərrəmov yaşadığı evdə özünü asıb.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi açılıb.