Azərbaycanda hər 1000 nəfərə 103 avtomobil düşür

Foto: Arxiv

«Ölkə iqtisadiyyatının sürətli inkişafı, əhalinin sosial rifahının yaxşılaşdırılması hər il Azərbaycana gətirilən avtonəqliyyat vasitələrinin sürətli artımına səbəb olur».

«Azəryolservis» ASC-nin şöbə rəisi Hidayət Rüstəmov «AzərTAc»a bildirib ki, hazırda ölkədə avtonəqliyyat vasitələrinin ümumi sayı 926 mindir.

2003-cü ildə hər 1000 nəfərə 62 avtomobil düşürdüsə, indi bu göstərici 1.7 dəfə artaraq 103 avtomobil təşkil edir.