Səudiyyə qadınları etiraz olaraq maşın sürüblər

Səudiyyə Ərəbistanında qadınlar onlara maşın sürməyi qadağan edən qanuna qarşı etiraz aksiyası keçiriblər. Təşkilatçılar xarici ölkələrdə sürücülük vəsiqəsi alan qadınları maşınlarına minərək paytaxtı dolaşmağa çağırıblar. Onların məlumatına görə aksiyaya xeyli sayda qadın qoşulub və onların etirazı heç bir hadisə olmadan başa çatıb.

Səudiyyə Ərəbistanında qadınların maşın sürmələrini qadağan edən heç bir yazılı qanun yoxdur. Amma ölkənin dini liderləri qadınlara sürücülük vəsiqəsinin verilməsinə qarşı çıxış edirlər.