Cəlilabadda 3 uşaq çayda boğulub

Cəlilabad rayon sakinləri - Emin Alışanov, İlqarMaqsud Zahidov qardaşları yaxınlıqdan keçən Mişarçayda çimərkən boğulublar.

Hadisə yerinə gələnlər meyitlərin ikisini tapıb bayıra çıxardıblar.

Üçüncünün meyitini isə Fövqəladə Hallar Nazirliyinin işçiləri aşkarlayıblar.

Boğulanların ikisinin 13, birinin isə 10 yaşı olub.

Yerli sakinlər deyir ki, Mişarçayın bir neçə yerində süni xırda göllər yaradılıb. Yeniyetmə uşaqlar da göllərin birində çimərkən batıblar.