Pakistan ordusunun baş komandanı vəzifəsindən gedə bilər

Pakistan ordusunun baş komandanı Aşfak Kayani (Ashfak Kayani) yaxın vaxtlarda vəzifəsindən gənarlaşdırıla bilər.

Bu barədə “The New York Times" and "The Washington Post" qəzetləri ABŞ hökumətindəki mənbələrə istinadla yazırlar.

Məlumata görə general Kayani hərbi sahədə ABŞ-la əməkdaşlığın kəskin ixtisarını tələb edən yüksək səviyyəli hərbçilərin təzyiqi altındadır.

Məlumatda deyilir ki, generallar Birləşmiş Ştatların Oshama bin Ladenə qarşı əməliyyata hazırlaşması barədə məlumat verməməsindən narazıdırlar.

Mayın 2-də keçirilmiş bu əməliyyatdan sonra ABŞ-la Pakistan arasında münasibətlər xeyli soyuqlaşıb.