Radikal din adamı 15 il azadlıqdan məhrum edilib

Bu gün İndoneziyada radikal dindar Abu Bakar-Bashir 15 il azadlıqdan məhrum edilib.

72 yaşlı Bashir İndoneziyanın Achek əyalətindəki ekstremistlərin məşq düşərgəsinin təşkilində və maliyyələşdirilməsində ittiham olunur.

Məlumatlara görə, bu düşərgədə İndoneziyanın radikal qruplarının çoxu təlim keçib.