Milli qəhrəman Mübariz İbrahimovun heykəlinin açılışı olub

İyunun 15-də Biləsuvarda Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun heykəlinin açılışı olub.

Abidə milli qəhrəmanın adını daşıyan liseyin həyətində ucaldılıb.

APA-nın məlumatına görə, mərasim iştirakçıları daha sonra Mübariz İbrahimovun doğulub boya-başa çatdığı Əliabad kəndində onun ailəsi üçün tikilmiş evin açılışına qatılıblar.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, millət vəkili Qənirə Paşayeva və Ombudsman Elmira Süleymanova da iştirak ediblər.