Türkiyəyə Suriyadan 8 mindən çox adam qaçıb

Suriya hökuməti Jisr al-Shugour şəhərini tərk etmiş vətəndaşlarını evlərinə qayıtmağa çağırıb.

Hökumət rəsmiləri şəhərdə vəziyyətin stabilləşdiyini bildirirlər. Bir neçə gün əvvəl bu şəhərə hökumət qoşunları girəndə şəhər sakinləri Türkiyə sərhədinə qaçmışdılar.

Hökumət qoşunlarının hazırda Maarat al-Numan şəhərinə girdiyi xəbərləri gəlir.

Türkiyə rəsmilərinin verdiyi məlumata görə, Türkiyəyə Suriyadan 8 mindən artıq adam gəlib. Onlar Suriya hökumətinin repressiyalarından qorxub qaçanlardır.