ABŞ Dövlət katibinin müavini Azərbaycana gəlib

Tomas Melia

İyunun 15-də ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melia (Thomas O. Melia) Azərbaycana səfərə gəlib.

Bu barədə AzadlıqRadiosuna ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər çərçivəsində T. Melia rəsmi şəxslər, vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri və media mənsubları ilə görüşəcək.

Səfər iyunun 17-də başa çatacaq.