ABŞ Dövlət katibinin demokratiya üzrə müavini Azərbaycana gəlir

Tomas Melia

İyunun 15-də ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melia (Thomas O. Melia) Azərbaycana gələcək.

Bu barədə «APA»ya ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat katibi Kit Bin (Keith Bean) məlumat verib.

Səfər çərçivəsində qonaq Azərbaycanın rəsmi şəxsləri, vətəndaş cəmiyyətinin nümayəndələri, hüquq müdafiəçiləri və media mənsubları ilə görüşəcək.

Səfər iyunun 17-də başa çatacaq.