Pakistanda 34 nəfər ölüb,100-ə yaxın adam yaralanıb

Pakistanda törədilmiş 2 partlayış nəticəsində 34 nəfər ölüb, 100-ə yaxın adamsa yaralanıb.

Bazar gününə keçən gecə siyasi ofislər və hərbçilərin yaşadığı rayonda dalbadal 2 partlayış baş verib.

Onlardan birini intiharçı törədib.

Hələlik partlayışlara görə cavabdehliyi heç kim üzərinə götürməyib.

Yerli talibançılar əl Qaidənin lideri Oshama bin Ladenin ölümünə görə qisas alacaqlarını bəyan ediblər.