Helikopterlər Bakı üzərində uçuşlar edib

Helikopterlər

Bakı şəhərində hərbi parada hazırlıq məşqlərinə start verilib.

İyunun 10-u səhər Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) helikopterləri Bakı səmasında hazırlıq uçuşları həyata keçirib.

«Mi-8» və «Mi-24» tipli helikopterlər 3 helikopterdən ibarət üçbucaq şəklində «Azadlıq» meydanı üzərindən keçməklə paytaxt üzərində bir neçə dəfə dövrə vurub. İlk dəfə olaraq «Mi-28» tipli helikopterlər də uçuş məşqləri edib.

Uçuşlarda «MİQ-29» qırıcı təyyarələri də iştirak edib. /APA/