Ceyms Appaturayın Azərbaycana səfəri təxirə salınıb

Ceyms Appaturay

NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın (James Appathurai) Azərbaycana səfəri təxirə salınıb.

Bu barədə «APA»ya Rumıniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfərin təxirə salınmasına səbəb Brüssel aeroportu işçilərinin tətil etməsidir.

Hazırda C. Appaturayın Azərbaycana yeni səfərinin tarixi dəqiqləşdirilir.

NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsinin Azərbaycana səfəri ikinci dəfədir təxirə salınır.