«Ganja-open» beynəlxalq turnirinə start verildi

Gəncə Olimpiya İdman Kompleksində karate-do idman növünün VKS versiyası üzrə başlanan «Ganja-open» turnirinə 200-ə yaxın idmançı qatılıb.

Bu barədə yarışların baş hakimi Ziya Namazov məlumat verib.

Qaliblər yaxın aylarda Moskvada keçiriləcək Dünya Çempionatında iştirak hüququ qazanacaqlar.