2014-cü ilədək Əfqanıstana nəzarət yerli hakimiyyətə keçəcək


NATO ölkələrinin müdafiə nazirləri Brüssel görüşündə ABŞ-ın Əfqanıstanda ordunu kəskin ixtisar etməsindən narahatlıq bildiriblər.

Eyni zamanda təşkilatın baş katibi Anders Fogh Rasmussen nəzərdə tutulduğu kimi
2014-cü ilədək ölkəyə nəzarətin tam Əfqanıstan hakimiyyətinə keçəcəyinə əmin olduğunu bildirib.

Birləşmiş Ştatlar iyuldan Əfqanıstandakı heyətinin ixtisarına başlayacaq.