ABŞ müdafiə naziri Əfqanıstana gedib

Asiya ölkələrində səfərdə olan Birləşmiş Ştatların müdadfiə naziri Robert Gates Əfqanıstana gəlir.

O səfər zamanı Əfqanıstandakı Amerika əsgərləri və ölkə rəsmilərilə görüşəcək.

O səfər ərəfəsində bildirib ki, maliyyə məsələsi beynəlxalq qüvvələrin bu ölkədə gələcək iştirakına təsir göstərməməlidir.

Robert Gates hesab edir ki, Əfqanıstandakı beynəlxalq qüvvələr tam uğur qazandıqdan sonra bu ölkədən çıxarıla bilər.