Tullantı sularının emalı üçün əlavə qurğular quraşdırılacaq

Azərbaycanda tullantı sularının emal olunması üçün əlavə qurğuların quraşdırılması nəzərdə tutulub.

Bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.

«Hazırda tullantı sularının emalı ilə bağlı Hövsanda təmizləyici qurğular hazırlanır. Xəzər dənizinə axan kifayət qədər təmizlənməmiş sular var ki, onların qarşısı alınmalıdır», - nazir əlavə edib.

O deyib ki, Ekologiya Nazirliyi Xəzər çimərliklərinin təmizlənməsi üçün vasitəli tədbirlər görür:

«Burada əsas məqsəd təkcə çimərliklərin yox, dənizə aid olmayan, kənarda olan çirklənmələrin qarşısının alınmasıdır».

Bağırov onu da bildirib ki, artıq 4 ildir suyun tərkibinə nəzarət edən müasir tipli laboratoriya qurğuları fəaliyyət göstərir. /Trend/