Azərbaycan mis ixracını artırır

Gədəbəy qızıl və mis zavodu

Azərbaycanda qızıl filiz yataqlarının işlənməsi ilə məşğul olan «Anglo-Asian Mining» şirkəti 2011-ci ilin sonunadək ən azı 1 min ton mis hasil etməyi planlaşdırır.

Bunu şirkətin baş icraçı direktoru, Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkətinin prezidenti Rza Vəziri bildirib.

«Biz bu misi Cənubi Koreyaya ixrac edirik».

R.Vəziri bildirib ki, misin müəyyən nəmliyi olduğuna görə o, dünya bazarında bir qədər aşağı qiymətə satılır. Hazırda yeni quraşdırılan texnologiya sayəsində misin rütubəti azaldılacaq. Hazırda misin satışı ilə bağlı bir neçə əlavə potensial alıcı ilə də danışıqlar aparılır.

Azərbaycan tərəfi misdən ona düşən payı qızıl şəklində götürməyə üstünlük verir.

«Müqaviləyə əsasən, misin dövlətə çatan payının əvəzinə ona həmin məbləğdə qızıl verəcəyik. Hökumət qızılı ehtiyat kimi saxlamaq istəyir». /APA/