Xəsarət alanların sayı 45-ə çatıb

İyunun 2-i gecə saatlarında Rusiyada Udmurtiya Respublikasının Puqaçevo qəsəbəsindəki silah-sursat anbarında partlayışlarda xəsarət alanların sayıb 45-ə çatıb.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, ərazidən 28 mindən artıq adam köçürülüb. 100-ə yaxın ev ziyan çəkib.

Partlayışlara anbarlardan birindəki yanğın səbəb olub.