İraqda dörd partlayış olub

İraqın Ramadi şəhərində baş verən partlayışlar nəticəsində 9 nəfər ölüb, 25 nəfər yaralanıb.

Polisin və həkimlərin verdiyi məlumata görə, iki partlayış yolda, üçüncüsü bazarın, dördüncüsü isə xəstəxananın yanında olub.

Ramadi şəhəri Bağdadın 115 kilometrliyində yerləşir.