Yəməndə polis müxaliflərə atəş açıb

Yəməndə paytaxt Sana ətrafında prezident Ali Abdulla Salehə müxalif olan qəbilə başçısı Sheikh Sadiq al-Ahmarın minlərlə silahlı tərəfdarı yığışıb. Ötən gecə paytaxtın şimal hissəsində hökumət qoşunları və al-Ahmarın tərəfdarları arasındakı toqquşmalarda azı 15 nəfər həlak olub.

Bu gün isə Yəmənin cənubundakı Taiz şəhərində polis nümayişçilərə atəş açıb. Bu həftə ərzində Taizdə ölənlərin sayı 40-a çatıb.