Daxili İşlər Nazirliyinin idarə rəisi təqaüdə göndərilib

Daxili İşlər Nazirliyinin (DİN) Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polkovnik Mehman Mehmanov daxili işlər orqanlarında xidmətkeçmənin son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Bu barədə «APA»ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bir neçə gün əvvəl DİN-in Polis Akademiyasının rəisi Ramiz Nağıyev də təqaüdə göndərilib.