Prezident İlham Əliyev İtaliyada səfərdədir

İlham Əliyev

Prezidentin mətbuat xidmətinin məlumatına əsasən, İlham Əliyev İtaliya prezidenti Ciorcio Napolitanonun dəvəti ilə İtaliyanın birləşməsinin 150 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün paytaxt Romadadır.

İyunun 1-də o, neft-qaz və neft-kimya sənayesi üçün avadanlıq istehsal edən «Technip-Italy» şirkətinin baş icraçı direktoru Marko Villanı və «Edison» şirkətinin baş icraçı direktoru Bruno Leskörü qəbul edib.