Boliviya iranlı nazirin səfərinə görə Argentinadan üzr istəyib

Boliviya hökuməti İranın müdafiə nazirinin Boliviyaya səfərinə görə Argentinadan üzr istəyib. Boliviya hökuməti bildirib ki, İranın müdafiə naziri Ahmad Vahidi artıq dünən axşam ölkəni tərk edib. Vahidi Boliviyaya müdafiə nazirinin dəvəti ilə gəlmişdi.

Reuters agentliyi xəbəri Boliviya hökumətindəki mənbələrə istinadən yayıb.

Argentina Vahidi də daxil olmaqla 5 iranlını 1994-cü ildə paytaxt Buenos-Ayresdəki İsrail mədəniyyət mərkəzində baş vermiş və 85 nəfərin ölümü ilə nəticələnmiş partlayışda ittiham edir. İran hakimiyyəti ittihamı qəbul etmir.