Jurnalist Anna Politkosvskayanın qatili tutulub

Rusiya rəsmiləri jurnalist Anna Politkovskayanın qətlində şübhəli bilinən şəxsi həbs ediblər. Vəkil Saidakhmet Arsamerzayev deyib ki, şübhəlini - Rustam Makhmudovu Çeçenistanda bazar ertəsi tutublar. Onun Moskvaya gətirilməsi gözlənilir.

Makhmudovun 2006-cı ildə Politkovskayanı qətlə yetirən killer olduğu güman edilir. Jurnalistin ölümünü sifariş edənlər və təşkilatçılar isə hələ tapılmayıb. İnsan haqları fəalları və beynəlxalq ictimaiyyət Rusiya hökumətini buna görə tənqid edir.