Bolqarıstan Azərbaycanla sıxılmış qazın nəqli barədə danışıqlar aparır

Qaz tankerləri

Bolqarıstan hökuməti Azərbaycanla sıxılmış qazın dəniz vasitəsilə Bolqarıstana nəqli barədə danışıqlar aparır

Bu barədə Bolqarıstanın Energetika naziri Trayço Traykov ölkə mətbuatına açıqlamasında bildirib.

O deyib ki, Bolqarıstan hökuməti enerjidaşıyıcıların ölkəyə idxalı marşrutlarının diversifikasiyası üçün əlavə imkanlar axtarmaqda davam edir:

«Alternativ enerji mənbələrindən biri qaz nəqli şəbəkələridir. Hazırda hökumət Azərbaycanla sıxılmış qazın dəniz vasitəsilə Bolqarıstana nəqli barədə danışıqlar aparır».