Abxaziyanın lideri vəfat edib

Müstəqilliyini elan etmiş separatçı Abxaziya prezidenti Sergey Bağapş cümə axşamı doğulduğu Cqerda kəndində dəfn olunacaq.

Sergey Bağapş cərrahiyyə əməliyyatından sonra bu gün səhər Moskvadakı klinikalardan birində keçinib.

Onun 62 yaşı vardı.

Prezidentin səlahiyyətlərini 3 ay vitse-prezident Aleksandr Ankvab icra edəcək.