İtaliya Livandakı qüvvələrini ixtisar edir

İtaliya Livandakı hərbi heyətinin 1/3-i ixtisar etmək istəyir.

Bunu şənbə günü ölkənin müdafiə naziri La Repubblica qəzetinə müsahibəsində deyib.

Hazırda Livanda BMT-nin rəhbərlik etdiyi beynəlxalq missiyanın tərkibində 1780 İtaliya əsgəri var.

2006-cı ildə İsrail ordusu ilə Hizbullah qrupu arasında baş vermiş silahı toqquşmalardan sonra Cənubi Livanda 13 minlik beynəlxalq hərbi heyət yerləşdirilib.