Elmar Məmmədyarov Hillary Clintonla görüşəcək

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov 29 may - 3 iyun tarixlərində ABŞ-da səfərdə olacaq.

Bu barədə XİN mətbuat xidməti məlumat yayıb.

E. Məmmədyarov Nyu-Yorkda BMT-nin Baş Qərargahında İslam Konfransı Təşkilatı səfirlərinin görüşündə çıxış edəcək, BMT-nin Baş katibi Ban Kİ Moonla görüşəcək.

Vaşinqtonda isə onun ABŞ Dövlət katibi Hillary Clinton, Brukinqs İnstitutunun ABŞ və Avropa Mərkəzinin direktoru xanım Fiona Hill ilə görüşləri nəzərdə tutulub.