İctimai Palata iyunun 19-a mitinq təyin edib

2 aprel aksiyası

Bu barədə İctimai Palatanın mayın 27-də keçirdiyi iclasda qərar qəbul olunub.

Aksiyanın iyunun 19-da «Nərimanov» kinoteatrının qarşısında keçirilməsi qərara alınıb.

Aksiya ilə əlaqədar Bakı şəhər İcra Hakimiyyətinə müraciət olunacaq.

İctimai Palata razılıq verilib-verilməməsindən asılı olmayaraq aksiyanın keçiriləcəyini bildirir.