BDU-da kadr dəyişikliyi

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov jurnalistlərə açıqlamasında prorektor və dekanların dəyişdirildiyini bildirib.

Mayın 26-da universitetin tədris işləri, elmi işlər, beynəlxalq əlaqələr, qiyabi və əlavə təhsil, humanitar məsələlər üzrə prorektorlar tutduqları vəzifələrindən azad olunublar.

«BDU-da da kadr islahatları aparılmalıdır. Əksər prorektorlar bir vəzifədən başqa vəzifəyə keçirilib. İşsiz qalan yoxdur. Hamısına iş təklif olunub. Real vəziyyət bu islahatların aparılmasını tələb edir».

Rektor deyir ki, prorektorlar öz ərizələri əsasında vəzifələrindən azad olunublar. BDU-da yeni – birinci prorektor vəzifəsi yaradılıb.

BDU-nun hüquq, beynəlxalq hüquq, fizika, sosioloji elmlər və psixologiya, riyaziyyat, kimya fakültələrinə yeni dekanlar rəhbərlik edəcək.

Abel Məhərrəmov bildirdi ki, bu yerdəyişmələr kadr islahatları çərçivəsində həyata keçirilir.