«BDU-dan xaric olan tələbələr universitetə bərpa oluna bilər»

Bunu jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib.

O bildirib ki, xaric edilən tələbələr, o cümlədən Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslı və KXCP üzvü Cavid Mehrəliyevin ali məktəbə bərpasına baxıla bilər:

«Onlar akademik borca və davamiyyətə görə ali məktəbdən xaric olunublar, siyasi əqidələrinə görə yox. Mən bu məsələnin siyasiləşdirilməsinin əleyhinəyəm».

Abel Məhərrəmov deyir ki, bərpa olunmaq üçün əvvəlcə tələbələr müraciət etməlidirlər. Müraciət xüsusi komissiya tərəfindən dəyərləndirildikdən sonra müvafiq qərar qəbul edilir.

Abel Məhərrəmov praktikada tələbələrin universitetə bərpa edildiklərini deyir.