Əfv sərəncamının icrası başa çatıb

Bu barədə AzadlıqRadiosuna Ədliyyə Nazirliyi yanında Penitensiar Sistemə Nəzarət üzrə İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev məlumat verib.

«Əfv sərəncamı imzalandığı andan qüvvəyə minir. Günorta saatlarında sərəncamın icrası tam başa çatıb».

Prezident İlham Əliyev mayın 26-da əfv sərəncamı imzalayıb.

Əfv sərəncamı ümumilikdə 90 məhbusa şamil edilib. Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 70 nəfər azad edilib.