Abşeronun Qobu kəndində böyük zoopark tikiləcək.
Bu haqda Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov YAP qərargahında keçirdiyi mətbuat konfransında deyib.
Bu məqsədlə Nazirlər Kabinetinin qərarı ilə 55 hektar ərazi və 2.8 milyon manat vəsait ayrılıb. Tikinti işlərini Almaniya və Türkiyənin müştərək müəssisəsi həyata keçirəcək:
«Həmin müəssisə 1 il əvvəl tenderdə qalib gəlib. Artıq ilkin layihəni ortaya qoyublar».
Nazir bildirib ki, zooparkın yaradılması üçün dünyanın 70-dən artıq ölkəsindən mütəxəssislər cəlb olunub:
«Zooparkda qəfəs sistemi olmayacaq. Divarlar təbii landşaftlardan ibarət olacaq».
H. Bağırov artıq əsas binaların yerləşdirilməsi planının da hazır olduğunu söyləyib. Onun dediyinə görə, ərazidə ekoloji turizmin inkişaf etdirilməsi üçün imkanlar olacaq.
Zoopark dünyaya «Azərbaycan təbiət dünyası» adı ilə təqdim olunacaq. /APA/