Jurnalistlərin Müdafiə Komitəsi E. Fətullayevin azad edilməsini alqışlayır

Jurnalistlərin Müdafiə Komitəsi

Nyu-Yorkda yerləşən Jurnalistlərin Müdafiə Komitəsi Eynulla Fətullayevin azadlığa buraxılmasını alqışlayıb.

Komitənin bəyanatında deyilir ki, bu, ədalətsizlik üzərində qələbədir.

Qurumun Avropa və Orta Asiya proqramı üzrə koordinatoru Nina Ognianova deyib ki, onlar Azərbaycan hakimiyyətini jurnalistləri peşə fəaliyyətindən dolayısı həbsə atmaqdan çəkinməyə çağırırlar.