Serbiya prezidenti Radko Mladiçin həbsini təsdiqləyib

Ratko Mladiç

MLADİÇİN HƏBSİNƏ BEYNƏLXALQ REAKSİYALAR

BMT-nin keçmiş Yuqoslaviyada hərbi cinayətlər üzrə tribunalının prokuroru Serj Brammerts( Serge Brammertz) bildirib ki, Belqrad Mladiçi həbs etməklə əsas beynəlxalq öhtəliklərindən birini yerinə yetirib.

Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Kətrin Eşton (Catherine Ashton) isə bildirib ki, Avropa Birliyi Mladiçin təcili BMT-nin hərbi tribunalına veriləcəyini gözləyir.

Həmçinin Birləşmiş Ştatlar eyni bəyanatla çıxış edib.

***
RATKO MLADİÇİN HƏBSİ TƏSDİQLƏNİB

Serbiya prezidenti Boris Tadiç hərbi cinayətlərdə ittiham olunan Bosniyadakı keçmiş serb ordusunun komandanı Ratko Mladiçin həbsini təsdiqləyib.

O bunu bu gün Belqradda keçirdiyi mətbuat konfransında bəyan edib və bildirib ki, hazırda ekstradisiya prosesi gedir.

Radko Mladiç 1992-95-ci illərdə Bosniya müharibəsi dövründə kütləvi qətllərdə ittiham olunur.

Avropa Birliyi Serbiyayla üzvülük danışıqlarına başlamaq üçün onun həbsinin əsas tələblərdən biri olduğunu təkid edirdi.