Azərbaycanda əfv siyahısı hazırlanır

Əfv fərmanına düşən məhbuslar azad olunur, 10 may 2007

Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının iclasları davam edir.

Bu barədə «APA»ya Komissiyanın üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib. O, əfv ərizələrinə baxıldığını, müvafiq qərarlar verildiyini deyib.

M. İbrahimqızı iclasların yekunu olaraq hazırlanacaq siyahının prezidentə təqdim olunacağını vurğulayıb.