Son 6 ayda Laçına 300-dən çox erməni ailəsi köçürülüb

Arxiv şəkil

Son 6 ay ərzində işğal altında olan Laçın rayonuna 300-dən artıq erməni ailəsi köçürülüb.

ANS PRESS-in məlumatına görə, bunu Dağlıq Qarabağın erməni icmasının nümayəndəsi Ara Arutunyan “Hayastan” ümumdünya erməni forumu nümayəndələri ilə görüşdə açıqlayıb.

Məlumata görə, görüşdə işğal olunmuş Azərbaycan ərazilərində Ermənistandan və digər ölkələrdən gətirilən ailələrin məskunlaşdırılması məsələsi müzakirə edilib.