M. Məmmədquliyev: «Azərbaycanın ÜTT-ya üzvlüyü ilə bağlı bəzi məsələlər həll olunmayıb»

Mahmud Məmmədquliyev

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü ilə bağlı bəzi məsələlər həll olunmamış qalır.

Bu barədə Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

«Bir neçə ölkəyə xidmət və mallar üzrə yeni təkliflər verilib. Onları təqdim edəndən sonra iyul ayında ikitərəfli danışıqlar apara bilərik», - deyə nazir müavini vurğulayıb.

M. Məmmədquliyev deyib ki, ÜTT-yə üzvlüklə bağlı İşçi Qrupun iclası bu ilin ikinci yarısında – oktyabr-noyabr aylarında keçirilə bilər:

«Mallar və xidmətlər üzrə həm Ümumdünya Ticarət Təşkilatını, həm də Azərbaycanı razı salan hansısa birgə mövqeyə gəlinməlidir. Bundan başqa, qanunvericiliyə dəyişikliklər olmalıdır. Azərbaycanda mövcud olan ticarət rejimi təkmilləşdirilməlidir. Ona görə də suallar çoxdur və görüləsi işlər qabaqdadır». /APA/