NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək

NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apaturay (James Appathurai) iyun ayının ilk yarısında Azərbaycana səfər etməyi planlaşdırır.

Bu barədə «APA»ya Azərbaycanın NATO-dakı nümayəndəliyinin rəhbəri, səfir Xəzər İbrahim məlumat verib.

Bu, C. Apaturayın NATO-nun xüsusi nümayəndəsi qismində Azərbaycana ilk səfəri olacaq.