Qazaxstanda partlayış olub

Qazaxstanda təhlükəsizlik orqanının binası yaxınlığında partlayış baş verib. Şahidlər AzadlıqRadiosuna bildiriblər ki, onlar Qazaxstan Milli Təhlükəsizlik Xidmətinin yaxınlığında partlayışdan sonra bir avtomobilin yandığını görüblər. Zərər çəkənlərin olub-olmadığı barədə məlumat verilmir. Milli Təhlükəsizlik Xidmətindən bildiriblər ki, avtomobil sadəcə yanıb.

Ehtimallara görə, yanğına səbəb avtomobilin partlaması olub. Ancaq xidmətdən terror ehtimalını təkzib edirlər.