Misirə gələn turistlər hicab taxsın

Bu tələb Xurqadada keçirilən nümayişlərdə səslənib

Misirin Xurqada şəhərində keçirilən nümayişlərdən birində hicabla bağlı tələb səslənib. Belə ki, mitinq iştirakçıları şəhərə gəzməyə gələn turist qadınların hamısının yerli dress-koda əməl etməsini istəyiblər.

Mitinq iştirakçıları deyiblər ki, əgər Fransada niqab və hicab taxılması qadağan edilirsə, onda onlar da ölkəyə gələn qərbli qadınların üzlərini bağlamasını tələb edə bilərlər.

Əgər şəhər rəhbərliyi bu təşəbbüsü dəstəkləsə, onda Xurqadaya gələn qadınların hamısı bədənin örtməli, başını bağlamalı olacaq.

Bundan əlavə, yerli sakinlər həm də şəhərdə qadın taksi xidmətinin yaradılmasını təklif edirlər. Qeyri-rəsmi məlumatlara görə, artıq şəhər şurası bu layihənin reallaşdırmağa razılıq verib və 2 min yeni taksi maşını alınıb.