Polis «Flashmob Azerbaijan»ın tədbirinə müdaxilə edib

Arxiv şəkil, gənc flahsmobçulardan biri, Bakı 14 noyabr 2010

Mayın 22-də «Flashmob Azerbaijan» gənclər qrupu şəhərin mərkəsində flaşmob keçiriblər. «Azərbaycan» kinoteatrını yaxınlığında polis gənclərin tədbirinə müdaxilə edib, saxlanılanlar var.

Reportyor Mehman Hüseynov AzadlıqRadiosuna deyib ki, onlar polisə aksiyanın siyasi tədbir olmadığını bildirsələr də nəticə olmayıb.