Bəhreyn məhkəməsi 2 nəfərə qarşı ölüm hökmünü qüvvədə saxlayıb

Bəhreynin apellyasiya məhkəməsi martda keçirilmiş etiraz aksiyaları zamanı polisləri öldürməkdə ittiham olunan 2 nəfərə qarşı ölüm hökmünü qüvvədə saxlayıb.

Dövlət informasiya agentliyinin məlumatına görə, ölüm hökmü almış 2 nəfərin cəzası isə yüngülləşdirilərək ömürlük həbslə əvəz olunub.

Hüquq müdafiəçiləri hökmün ədalətli olmasını şübhə altında qoyur, bunun siyasi motivli olduğunu deyirlər.

Bu son 30 il ərzində Bəhreyində kəsilmiş 3-cü ölüm hökmüdür.