Obama: "Lazım gəlsə bir də əməliyyat keçirilməsini göstəriş verərdim"

Terror təhlükəsini aradan qaldırmaq naminə yeni əməliyyat keçirilməsini bir də göstəriş verərdim.

Bunu ABŞ prezidenti Barack Obama BBC-yə müsahibəsində deyib.

Obama qeyd edib ki, Birləşmiş Ştatlar Pakistanın suverenliyinə hörmət edir, amma ABŞ-ın təhlükəsizliyinin təmin edilməsi əsas məsələdir.

Pakistanın hakim dairələri, mayın 2-nə keçən gecə Oshama bin Ladenin zərərsizləşdirilməsilə bağlı ABŞ-ın Pakistan ərazisində apardığı əməliyatı dəfələrlə pisləyib.

Obama müsahibəni İrlandiya, Böyük Britaniya, Fransa və Polşaya 6 günlük səfəri ərəfəsində verib.