Kabil xəstəxanasına hücumda 6 nəfər ölüb

Ötən gecə Kabildəki mərkəzi xəstəxananın ərazisində baş vermiş atışmada 6 nəfər ölüb, 23 adamsa yaralanıb.

Müdafiə nazirliyi ölənlərdən 3-nün tibb fakultəsinin tələbələri olduğunu deyir.

Hücuma görə cavabdehliyi Taliban üzərinə götürüb.