ABŞ-la İsrail arasında fikir ayrılığı var

Mayın 20-də Vaşinqtonda ABŞ prezidenti Barack Obama ilə İsrailin baş naziri Benjamin Netanyahu arasında görüş olub.

Barack Obama görüşdən sonra keçirilmiş mətbuat konfransında Yaxın Şərq sülh prosesində ABŞ-la İsrail arasında fikir ayrılığı olduğunu deyib.

Netanyahu isə deyib ki, İsrail 1967-ci il sərhədlərinə qayıda bilməz.

ABŞ prezidenti Baracak Obama cümə axşamı Yaxın Şərq və Şimali Afrikayla bağlı çıxışında bildirib ki, Yaxın Şərq sülh prosesi daimi sərhədləri olan 2 dövlətlə nəticələnməli və bu sərhədlər 1976-ci ildəki sərhədlərə əsaslanmalıdır.