Avropa Parlamentinin prezidenti Azərbaycana gəlib

Mayın 20-də Avropa Parlamentinin prezidenti Eji Buzek (Ezhi Buzek) Azərbaycana gəlib. O, bundan əvvəl Ermənistan və Gürcüstanda səfərdə olub. .

Səfər zamanı Avropa Parlamentinin prezidenti müxalifət liderləri, jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşəcək.

Səfərdən öncə Buzek bildirib ki, «demokratiyanın irəliləməsi, insan hüquqlarının əhatə olunması, qanunun aliliyinin möhkəmləndirilməsi, sabitliyin artırılması və rifahın yüksəlməsi hamının, Avropa Birliyi və onun Şərq tərəfdaşlarının tərəfdaşlığı üçün bir tapşırıqdır».

Avropalı diplomat Azərbaycana səfəri zamanı həmçinin dondurulmuş münaqişələrin sülh yolu ilə həll imkanlarını, enerji təhlükəsizliyi məsələsini qaldırmağı planlaşdırır.

Bu günlərdə Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə Milli Məclisdə, hakim partiya rəsmiləri tərəfindən tənqidlə qarşılanıb.