Rejissoru Kann festivalından qovdular

Danimarka rejissoru Lars fon Trier Fransada keçirilən Kann kinofestivalında “arzuedilməz şəxs” elan edilib.

Kinofestival rəhbərliyinin belə bir qərar verməsinin səbəbi onun çərşəmbə günü keçirdiyi mətbuat konfransında nasist lideri Hitlerə simpatiyasının olduğunu deməsidir.

Sonradan üzr istəyib sözlərinin zarafat olduğunu desə də, rejissoru bağışlamayıblar.

Hələ ki qalmaqallı rejissorun “Melanxoliya” filminin festivalda nümayiş etdirilib-etdirilməyəcəyi bəlli deyil.

2000-ci ildə Trier “Qaranlıqda rəqs edən” filminə görə Kann kinofestivalının mükafatına layiq görülmüşdü.