Hədislər üzrə axtarış sistemi yaradılıb

Kitab adları və müəlliflər üzrə axtarış vermək olar

İslamNews.ru saytı Məhəmməd peyğəmbər hədisləri üzrə axtarış sistemi yaradıb.

Yeni sistemə hədis toplayıcıları, tanınmış İslam alimləri Buxari, Müslüm, Ən-Nəvavi, Ən-Nasai, İbn Macə, Abu Daudun kitabları, həmçinin “Buluq əl-Mərəm” toplusu daxil edilib.

Sistemə yerləşdirilən informasiya dəqiq strukturlaşdırılıb. Ona görə də istənilən şəxs lazımi hədisi asanlıqla tapa bilər. Kitab adları üzrə, yaxud da müəlliflər üzrə axtarış vermək mümkündür.

Axtarışın asan olması üçün həm də peyğəmbər deyimlərinin hamısı ayrılıqda sistemə salınıb. Sistemin özü açar sözlərin tapılmasında istifadəçiyə yardım edir.

Bu sistem İslam təhsil müəssisələrinin tələbələri, məscid imamları, həmçinin şərqşünaslar, tarixçilər üçün nəzərdə tutulub. Saytda həmçinin yerləşdirilən mətnlərdəki səhvlərin göstərilməsinə də imkan yaradılıb.